"Söz verə bilərəm ki, sizi heç vaxt pis vəziyyətdə qoymayacağam" "Söz verə bilərəm ki, sizi heç vaxt pis vəziyyətdə qoymayacağam"
  • Qərb
  • 19 İyun 2019 09:16
  •  1 422

Tramp özünün prezident seçkiləri kampaniyasına rəsmən start verdi

"Söz verə bilərəm ki, sizi heç vaxt pis vəziyyətdə qoymayacağam"

ABŞ prezidenti Donald Tramp rəsmi olaraq bildirib ki, o, 2020-ci ildə Birləşmiş Ştatların lideri seçkilərinin gedişatında ikinci müddətə namizəd olmaq niyyətindədir.

"Fox News" telekanalı xəbər verir ki, bu barədə dövlət başçısı Floridada tərəfdarları qarşısında çıxışında bildirib.

"Bu axşam mən rəsmən sizin qarşısında ikinci müddətə Birləşmiş Ştatların prezidenti vəzifəsinə seçki üzrə öz kampaniyamın başlandığını elan edirəm", - deyə o bildirib.

Trampın sözlərinə görə, onun prezident seçildiyi 2016-cı il "tarixdə xüsusi an olub".

O, həmçinin bildirib ki, Ağ Evə daxil olduğun ilk gündən kimin onu bura göndərdiyini unutmayıb.

"Söz verə bilərəm ki, sizi heç vaxt pis vəziyyətdə qoymayacağam", - deyə Amerika prezidenti vəd verib.(report.az)

AzNews.az