Şahzadənin konvoyu yaşlı qadını vurdu

Zərərçəkən şəxs ağır vəziyyətdədir

Böyük Britaniyada Şahzadə Uilyam və Keyt Middltonu Vindzor qəsrindəki mərasimə gedərkən müşayiət edən polis yolu keçən 83 yaşlı qadını vurub.

"The Sun" qəzeti xəbər verir ki, zərərçəkən şəxs ağır vəziyyətdədir. Motosiklet sürən polis şahzadə və həyat yoldaşının avtomobilinin qarşısında gedərək maşın karvanına yol açırmış.

Şahidlərin sözlərinə görə, polis motosikleti qarşı yolda sürərkən qadını vurub.

Şahzadə və həyat yoldaşı başverənləri öyrəndikdən sonra şoka düşüb. Onlar qadına gül dəstəsi və üzrxahlıq məktubu göndərib, eləcə də onu ziyarət etmək istədiklərini bildiriblər.(report.az)

AzNews.az