Hadisə Ossendrext şəhərindəki hərbi bazada baş verib Hadisə Ossendrext şəhərindəki hərbi bazada baş verib
  • Qərb
  • 19 İyun 2019 21:42
  •  1 563

Niderlandda 14 yeniyetməni şimşək vurdu

Hadisə Ossendrext şəhərindəki hərbi bazada baş verib

Niderlandda hərbi təlim düşərgəsində 14 yeniyetmə şimşək vurması nəticəsində xəsarət alıb.

Bu barədə “De Telegraaf” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Ossendrext şəhərindəki hərbi bazada baş verib. 16-18 yaşlarında olan yeniyetmələr məktəb proqramı çərçivəsində orada üçgünlük hərbi hazırlıq kursu keçirmiş. Şimşək çaxan zaman da onlar küçədə olub.

Onlardan birinin vəziyyəti daha ağır olub və o, helikopterlə Antverpen hospitalına çatdırılıb. Digər yaralılara isə yerli xəstəxanada tibbi yardım göstərilib.(apa.az)

AzNews.az