Saxlanılan şəxsin kimliyi açıqlanmır Saxlanılan şəxsin kimliyi açıqlanmır
  • Qərb
  • 20 İyun 2019 09:01
  •  1 760

Naməlum şəxs Ağ Evin ərazisinə soxulmaq istəyib

Saxlanılan şəxsin kimliyi açıqlanmır

Vaşinqtonda naməlum kişi Ağ Evin ərazisinə bel çantası atdan sonra binanın ətrafında nəzarət gücləndirilib, giriş-çıxış məhdudlaşdırılıb.

“TASS” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə ABŞ Təhlükəsizlik xidməti “Twitter” vasitəsilə məlumat yayıb.

Bildirilir ki, həmin şəxs bel çantasını atdıqdan sonra velosipedlər üçün nəzərdə tutulmuş parkinq meydançasına keçmək istəyib. Bundan sonra o saxlanılıb.

Saxlanılan şəxsin kimliyi və hadisənin motivi açıqlanmır. (APA)