"İran xalqı üçün parlaq gələcək istəyirik" "İran xalqı üçün parlaq gələcək istəyirik"
  • Qərb
  • 24 İyun 2019 08:06
  •  3 524

"ABŞ İrana qarşı koalisiya yaradacaq" - Mayk Pompeo

"İran xalqı üçün parlaq gələcək istəyirik"

ABŞ-ın Dövlət Katibi Mayk Pompeo həm İranla ön şərtsiz müzakirəyə hazır olduqlarını, həm də İrana qarşı qlobal koalisiya yaratmaq üçün addım atacaqlarını bildirib.

AzNews.az xəbər verir ki, Səudiyyə Ərəbistanına getməzdən əvvəl "Joint Andrews" hava limanında jurnalistlərə açıqlama verən Mayk Pompeo gündəmin İran olacağını deyib.

Katib bu gün həm Səudiyyə Ərəbistanında, həm də Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq görüşləri “İrana qarşı qlobal koalisiya” yaratmağın ilk addımı olaraq dəyərləndirib:

“Onlarla strateji olaraq necə yerləşdiyimizi və sadəcə körfəz ölkələrində deyil, Asiya və Avropada da qlobal koalisiyanı necə yaradacağımızı müzakirə edəcəyik”.

“Ön şərtsiz müzakirəyə hazırıq. Bizi harada tapacaqlarını bilirlər. Bizimlə əlaqə saxlamağa hazır olanda müzakirələrə başlaya biləcəyimizdən əminik. Prezident Donald Trampın da dediyi kimi İran xalqı üçün parlaq gələcək istəyirik. Bu müzakirələr onlar üçün çıxış yoludur”. Pompeo belə deyib.

Mayk Pompeo Səudiyyə Ərəbistanı və BƏƏ-dən səfərindən sonra Hindistan, daha sonra isə Yaponiya və Cənubi Koreya ilə təmas quracaq.

Pərvanə Ağazadə

AzNews.az