ABŞ Prezidenti Donald Tramp iyunun 29-da Cənubi Koreyaya iki günlük səfər edəcək ABŞ Prezidenti Donald Tramp iyunun 29-da Cənubi Koreyaya iki günlük səfər edəcək
  • Qərb
  • 24 İyun 2019 11:55
  •  2 217

Tramp Cənubi Koreyaya gedir

ABŞ Prezidenti Donald Tramp iyunun 29-da Cənubi Koreyaya iki günlük səfər edəcək

Yonhap informasiya agentliyi xəbər verir ki, bu barədə Cənubi Koreya lideri administrasiyasının nümayəndəsi Ko Min Çjun məlumat verib.

Onun sözlərinə görə, “Amerika - Cənubi Koreya alyansının gücləndirilməsi və Koreya yarımadasının tam nüvəsizləşdirilməsi vasitəsilə sülhün bərqərar olması üçün ikitərəfli əməkdaşlığın yolları” iyunun 30-da baş tutacaq ABŞ və Koreya Respublikası liderlərinin sammitində danışıqların əsas mövzuları olacaq.

Bir qədər əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs da Donald Trampın iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək İyirmilik qrupunun sammitindən dərhal sonra Cənubi Koreyaya səfər edəcəyini bildirmişdi.(AZƏRTAC)

AzNews.az