Alla Auşeva 2011-ci ildə “green card” udaraq ABŞ-a köçüb Alla Auşeva 2011-ci ildə “green card” udaraq ABŞ-a köçüb
  • Qərb
  • 24 İyun 2019 14:07
  •  1 547

Milli Qvardiyanın qadın əməkdaşı ilə övladları öldürüldü - FOTOLAR

Alla Auşeva 2011-ci ildə “green card” udaraq ABŞ-a köçüb

Nyu-Yorkda Milli Qvardiyanın əməkdaşı Alla Auşeva və 2 azyaşlı uşağı qətlə yetirilib.

“New York Post” nəşrinin verdiyi xəbərə görə, Rusiya vətəndaşı olan ana ilə 2 və 3 yaşlı övladlarının cəsədi iyunun 22-də Staten-Aylend rayonunda evdə aşkarlanıb.

İlkin məlumta görə, qatil uşaqların atası Şeyn Uolkerdir. O, artıq saxlanılıb. Ancaq hələlik ona qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.

Kişi sərxoş halda evdən qaçarkən təhlükəsizlik kameralarına düşüb. O, avtomobilinə minərək hadisə yerindən uşaqlaşmaq istəyib, lakin müəyyən müddət sonra minik avtomobili ilə toqquşub. Bu zaman insident yerinə gələn polis əməkdaşları onu yaxalayaraq şöbəyə aparıblar.

Qeyd olunur ki, Alla Auşeva 2011-ci ildə “green card” udaraq ABŞ-a köçüb. Bir il sonra Amerika vətəndaşlığı əldə edərək Milli Qvardiyanın mühəndis taburunda işə düzəlib.(qafqazinfo.az)

AzNews.az

image description image description image description