Pilotların katapultdan istifadə etdikləri bildirilir Pilotların katapultdan istifadə etdikləri bildirilir
  • Qərb
  • 24 İyun 2019 17:49
  •  2 530

Almaniyada iki qırıcı təyyarə toqquşdu - Pilotlar...

Pilotların katapultdan istifadə etdikləri bildirilir

Bundesferin iki “Eurofighter” tipli qırıcı təyyarəsi Almaniyanın Meklenburq-Ön Pomeraniya federal torpağının səmasında toqquşub.

“Focus” nəşri xəbər verir ki, Almaniyanın Daxili İşlər Nazirliyi hadisə barədə məlumatı təsdiqləyib.

Pilotların katapultdan istifadə etdikləri bildirilir. Hələlik onların yeri məlum deyil. Hadisənin baş verdiyi ərazidə yanğın başlayıb. Yanğınsöndürənlər və xilasedicilər hadisə yerinə yollanıb.

Dördüncü nəsil çoxməqsədli “Eurofighter” təyyarələri Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Səudiyyə Ərəbistanı, Avstriya və Omanın Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul olunub.

2003-cü ildən başlayaraq, bu təyyarələr NATO-nun demək olar ki, bütün əməliyyatlarında iştirak edib.(AZƏRTAC)

AzNews.az