Bunu Aleksey Qonçarenko "Birbaşa" telekanalının canlı efirində deyib Bunu Aleksey Qonçarenko "Birbaşa" telekanalının canlı efirində deyib
  • Qərb
  • 25 İyun 2019 14:19
  •  2 386

Ukrayna deputatları AŞPA-nın iclas zalını tərk etdi

Bunu Aleksey Qonçarenko "Birbaşa" telekanalının canlı efirində deyib

Ukrayna nümayəndə heyəti AŞPA-nın iclas zalını tərk edib.

AzNews.az xəbər verir ki, bu barədə çərşənbə axşamı deputat Aleksey Qonçarenko "Birbaşa" telekanalının canlı efirində bildirib:

"Bütün nümayəndə heyətimiz zalı tərk etdi. Biz bu sessiyada qərar qəbul etdik ki, Ukrayna nümayəndə heyəti yalnız Rusiya Federasiyasına sanksiyaların tətbiqinə aid olan bəndlərin (gündəliyin) müzakirəsində iştirak edəcək".

Babək Göyüş

AzNews.az