Bu barədə Mühafizəkarlar Partiyası məlumat yayıb Bu barədə Mühafizəkarlar Partiyası məlumat yayıb
  • Qərb
  • 25 İyun 2019 17:24
  •  2 467

Britaniyanın yeni baş nazirinin adı iyulun 23-də açıqlanacaq

Bu barədə Mühafizəkarlar Partiyası məlumat yayıb

Böyük Britaniyanın yeni baş nazirinin kimliyi iyulun 23-ü bəlli olacaq.

Britaniya mətbuatının verdiyi xəbərə görə, bu barədə Mühafizəkarlar Partiyası məlumat yayıb.

İyulunun 22-də Tereza Meyi kimin əvəz etməsi ilə bağlı Mühafizəkarlar Partiyasının 160000 üzvünün iştirak edəcəyi səsvermənin nəticələri hesablanacaq və növbəti gün qalibin adı açıqlanacaq.

Qeyd edək ki, baş nazir postu uğrunda mübarizə Britaniyanın xarişi işlər naziri Ceremy Hant və keçmiş xarici işlər naziri, Londonun eks-meri Boris Conson arasında gedir.

Xatırladaq ki, baş nazir Tereza Mey mayın 24-də "Brexit”i icra edə bilmədiyi üçün istefa verib. O, yeni sədr seçilənə qədər baş nazir postunda qalacaq.(apa.az)

AzNews.az