Ağ Evin sahibinin fikri tvitdən tvitə dəyişir Ağ Evin sahibinin fikri tvitdən tvitə dəyişir
  • Qərb
  • 26 İyun 2019 17:39
  •  3 992

Trampı öz lovğalığı məhv edəcək – Alman mediası

Ağ Evin sahibinin fikri tvitdən tvitə dəyişir

ABŞ prezidenti Donald Tramp diplomatiyaya nifrət edir.

AzNews.az xəbər verir ki, bu qənaətə Almaniyanın “Die Suddeutsche Zeitung” qəzeti gəlib.

Qəzet yazır ki, o, istənilən yolla "böyük sövdələşmə" bağlamaq istəyir, amma İran və KXDR ilə onun belə şansı yoxdur.

Tramp bir lider kimi prezidentlik dövründə danışıqlarda uğur əldə edə və bu cür razılaşmaya nail ola bilməyəcək. Bunun bir neçə səbəbi var. Bu, tarixlə, Kim Çen In və İranın sülalə ideologiyası, ABŞ prezidentinin xarakteri, onun hökumətinin kəskin üslubu və qeyri funksionallığı ilə bağlıdır.

Qeyd olunur ki, məsələ Vaşinqtondan göndərilən məktublarla mürəkkəbləşir: Tramp ABŞ-ın dövlət katibi və ya məsləhətçilərinin dediklərini təkrar etmir, Ağ Evin sahibinin fikri tvitdən tvitə dəyişir. Əslində, onun çılğınlığı KXDR və ya İranla danışıqlarda əsas maneədir. Bundan başqa, Pxenyan və Tehranla danışıqlara Rusiya, Çin, Avropa və ya qonşu ölkələri cəlb etmək onun ağlına belə gəlmir. O, çoxtərəfli formatlara və ya kiçik addımlarla bir-birinə qarşı hərəkət etmək ideyasına qarşı çıxır. O, hər şeyin tez həll edilməsini istəyir.

Qəzetin yazdığına görə, Trampın Şimali Koreya və İranla "böyük sövdələşməsi" bu cür yanaşmada, ehtimal ki, detallara olan nifrəti, intuisiyanın çatışmazlığı və lovğalığı ucbatından bağlanılmayacaq.

Babək Göyüş

AzNews.az