• Qərb
  • 3 İyul 2019 17:49
  •  1 791

Putinlə iş görmək üçün ABŞ-a yeni Reyqan lazımdır - bizdə isə Tramp var

Əgər biz ona daha dörd il prezidentlik postu versək, o, artıq bizim hamımızla zarafat edəcək

ABŞ-ın "Los Angeles Times” nəşri Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammitində Donald Tramp və Vladimir Putinin görüşünə həsr edilən məqalədən sonra oxucuların yazdıqları şərhləri toplayıb. Şərhlərdə istər Trampa, istərsə də Pitinə qarşı tənqidi fikirlər yer alıb.

AzNews.az inosmi.ru-ya istinadən "Los Angeles Times”in redaksiyasına göndərilən şərhləri dərc edir:

Image result for putin trump osaka

Bu ölkənin böyük faciəsi ondan ibarətdir ki, nə vaxt ki bizə yeni Ronald Reyqan lazımdır, bizim isə Trampımız var. ("Seçkilərə qarışmayın". İyunun 28-də Tramp təbəssümlə Putinə deyir ('Don't meddle in the election, ' Trump tells Putin with a smile).

Prezident Trampın dərin avamlığı, xüsusilə açıq-aşkar Rusiya prezidenti Vladimir Putin kimi liderlərin mehriban davranışında göründü, hansı ki, o, Birləşmiş Ştatlara nifrət edir, ancaq Tramp ona hörmətlə yanaşır, sanki onun hakimiyyətinə heyran olur.

Reyqan haqqında ağlına gələni danışmaq olar, ancaq o, ağıldan kəm deyildi, hansı ki, demokratlar onu belə təqdim edirdilər. Tramp isə bu başqa tarixdir.

Patrik Dempsi (Patrick M. Dempsey)

Qranada-Xillz

Image result for putin trump osaka

Göründüyü kimi, bizim prezidentimiz və dövlət katibimiz, Putinin ünvanına Trampın qətiyyətsiz xəbərdarlığından sonra gülümsədilər, hesab edirlər ki, bizim seçkilərimizə Rusiyanın müdaxiləsi böyük bir zarafatdır.

Demokratları "sosialistlər” adlandıraraq jurnalistlərlə ünsiyyətdə Tramp Rusiya metodunu qəbul edir, — onlardan qurtulmaq lazımdır. İstənilən diktatorun əsas prinsipi KİV-i susmağa məcbur etməkdir.

Bəs indiki prezident anlamır ki, Dövlət Təhlükəsizliyi Komitəsinin keçmiş əməkdaşını qucaqlayanda o, əslində, sosializmə səs verir. Əgər biz ona daha dörd il prezidentlik postu versək, o, artıq bizim hamımızla zarafat edəcək. Bu isə heç də gülməli deyil.

Elvin Tobias (Alvin S. Tobias)

Torrans

Image result for putin trump osaka

Tramp yenidən yalan xəbərlərin yayılması üçün KİV-i ittiham edir.

Bu dəfə mən Trampla razıyam, çünki kütləvi informasiya vasitələrləri hər dəfə prezidentin yalan məlumatlarını işıqlandıranda əslində yalan xəbərləri təkrarlayır. Nə qədər çox yalan olsa, o qədər KİV onu işıqlandıracaq. Tramp çox sevinir ki, onu televiziyada göstərirlər. O nə vaxtsa dayanacaqmı?

Əgər bir gün Trampın dediklərini və Tvitterdə yazdıqlarını kütləvi informasiya vasitələri yaymasaydı, cəmiyyətə böyük xidməti göstərərdi.

Teodor Yuri (Theodore Ury)

San Xuan Kapistrano

Image result for putin trump osaka

Babək Göyüş

AzNews.az