Ölkəmiz tədbirdə Anar Bağırov və Pərviz Ələkbərov tərəfindən təmsil olunub Ölkəmiz tədbirdə Anar Bağırov və Pərviz Ələkbərov tərəfindən təmsil olunub
  • Qərb
  • 8 İyul 2019 11:18
  •  6 298

Vəkillər Kollegiyasının rəhbərliyi Polşada beynəlxalq konfransda iştirak etdilər

Ölkəmiz tədbirdə Anar Bağırov və Pərviz Ələkbərov tərəfindən təmsil olunub

İyulun 4-7-də Polşanın Qdansk şəhərində Vəkillərin Avropa Assosiasiyasının və Qdansk Regional Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Fərdi məlumatların mühafizəsi: nəzəriyyə və təcrübə” başlığı altında beynəlxalq konfrans keçirilib.

Konfransın məqsədini eyni zamanda Şərqi, Mərkəzi Avropa və digər ölkələrın vəkilləri arasında əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin inkişaf etdirilməsi təşkil edir.

Tədbirdə Vəkillərin Avropa Assosiasiyasının prezidenti Maria Slazak, Kalininqrad Vəkillər Kollegiyasının sədr müavini Aleksey Sozvaryev, Özbəkistan Vəkillər Kollegiyasının sədr müavini Şuxrat Sadıxov, Qazaxıstan Vəkillər Kollegiyasından Segey Sizintsev, Belarus Vəkillər Kollegiyasının sədri Viktor Çayçits və digər ölkələrin vəkillər assosiasiyalarının rəsmi şəxsləri iştirak ediblər.

Konfrans ərzində Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Polşa, İspaniya, Belarus, Qazaxıstan, Özbəkistanda fərdi məlumatların mühafizəsinin qanunvericilik rejimləri barədə ətraflı təqdimatlar dinlənilib.

Qeyd olunmalıdır ki, ölkəmiz tədbirdə Azərbaycan Respublikasının Vəkillərin Kollegiyasının sədri Anar Bağırov və sədr müavini Pərviz Ələkbərov tərəfindən təmsil olunub. Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Azərbaycanda fərdi məlumatların mühafizəsinin qanunvericilik təminatları” mövzusunda təqdimatla çıxış edib.(barassociation.az)

AzNews.az

image description image description