"Belə tutumda gəminin müsadirə olunması görünməmiş hadisədir" "Belə tutumda gəminin müsadirə olunması görünməmiş hadisədir"
  • Qərb
  • 10 İyul 2019 17:33
  •  3 117

ABŞ-da 1,3 milyard dollarlıq qaçaq kokain daşıyan gəmi saxlanıldı

"Belə tutumda gəminin müsadirə olunması görünməmiş hadisədir"

ABŞ-ın Gömrük və Sərhəd Mühafizə Agentliyi Filadelfiya limanında “JP Morgan” şirkətinə məxsus gəmidən dəyəri 1,3 milyard dollar olan 20 ton qaçaq kokain aşkar edib.

“Hurriyet” xəbər verir ki, məlumatı “The Wall Street Journal” yayıb.

Porkuror Uilyam Mak Sveyn məsələ ilə bağlı bildirib ki, 90 milyon dollar qiyməti, 10 min konteynerlik tutumu olan gəmi müsadirə ediləcək. O deyib ki, belə tutumda gəminin müsadirə olunması görünməmiş hadisədir. Çilidən yola düşən gəmi Peru, Panama, Baham adalarından keçərək ABŞ-da yan alacaqmış. Oradan isə Avropaya doğru yola çıxacaqmış. Liberiya bayrağı altında üzən gəminin Serbiya və Samoa vətəndaşlarından ibarət 8 nəfərlik heyəti həbs edilib. Gəmi katipanının köməkçisi və heyətin bir üzvü gəmiyə kokain gətirməkdə ittiham olunur.(report.az)

AzNews.az