Küləyin sürəti saniyədə 33 metrə çatır Küləyin sürəti saniyədə 33 metrə çatır
  • Qərb
  • 14 İyul 2019 09:29
  •  1 791

"Barri" qasırğası ABŞ-ın Luiziana ştatına çatdı

Küləyin sürəti saniyədə 33 metrə çatır

ABŞ-ın Luiziana ştatının sahillərinə çatan “Barri” tropik qasırğası mütəxəssislər tərəfindən birinci dərəcəli qasırğa kimi dəyərləndirilib.

“TASS” agentliyinə istinadən xəbər verilir ki, bu barədə ABŞ-ın qasırğalara nəzarət milli mərkəzinin açıqlamasında deyilir.

Son məlumata görə, “Barri”nin fəlakət bölgəsində küləyin sürəti saniyədə 33 metrə çatır. Meteoroloqlar yaxın saatlarda onun episentrinin sahilə çatacağını proqnozlaşdırır.

Mütəxəssislər, həmçinin bildirir ki, artıq yaxın 24-36 saat ərzində “Barri”nin gücü tropik qasırğa səviyyəsindən aşağı düşəcək.​ (APA)