Qanunun qüvvəyə minməsi üçün Senatda qəbul edilməsi və Tramp tərəfindən imzalanması lazımdır Qanunun qüvvəyə minməsi üçün Senatda qəbul edilməsi və Tramp tərəfindən imzalanması lazımdır
  • Qərb
  • 14 İyul 2019 09:59
  •  6 197

ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələri satmayacaq - qanun çıxdı

Qanunun qüvvəyə minməsi üçün Senatda qəbul edilməsi və Tramp tərəfindən imzalanması lazımdır

ABŞ Nümayəndələr Palatası Cənubi Kiprə qarşı silah embarqosunun ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Türkiyənin NTV telekanalına istinadən verilən məlumata görə, ABŞ 1987-ci ildən Cənubi Kiprə silah satışını qadağan edib.

Ötən gün Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsində isə Cənubi Kiprə silah satışının bərpa edilməsi əksini tapıb. Qanun layihəsində ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılması barədə müddəa da əksini tapıb. Eyni zamanda qanun layihəsində ABŞ-ın Türkiyəyə "Patriot" zenit-raket kompleksləri satışının təşviq olunması əksini tapıb.

Qanun layihəsinin Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması ilə əlaqədar qəbul edildiyi ehtimal olunur.

Qanunun qüvvəyə minməsi üçün Senatda qəbul edilməsi və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması lazımdır. (APA)