Daşınan kokain 30 min avro dəyərində qiymətləndirilir Daşınan kokain 30 min avro dəyərində qiymətləndirilir
  • Qərb
  • 16 İyul 2019 17:32
  •  5 633

Parikin altında yarım kilo kokain gizlətdi və…

Daşınan kokain 30 min avro dəyərində qiymətləndirilir

İspaniyanın Barselona şəhər aerportunda yarım kilo kokaini keçirməyə cəhd edən kişi saxlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı REN TV yayıb.

Qeyd olunur ki, cinayətkar narkotiki parikinin altında gizlədibmiş.

65 yaşlı kişi şlyapasını parikin üstünə qoymaqla hüquq-mühafizə orqanlarını aldatmağa çalışıb.

Barselona hava limanının polis əməkdaşları lazımi yoxlama prosedurlarının keçməsi zamanı kişinin əsəbiliyini görüblər.

Daşınan kokain 30 min avro dəyərində qiymətləndirilir.

Hüquq-mühafizə orqanları onun Kolumbiyanın Boqota şəhərindən gəldiyini söyləyiblər.

Babək Göyüş

AzNews.az