"ABŞ-Özbəkistan əməkdaşlığının dərinləşəcəyinə ümid edirik" "ABŞ-Özbəkistan əməkdaşlığının dərinləşəcəyinə ümid edirik"
  • Qərb
  • 18 İyul 2019 09:29
  •  3 924

“ABŞ Özbəkistandakı islahatları alqışlayır” - Bolton

"ABŞ-Özbəkistan əməkdaşlığının dərinləşəcəyinə ümid edirik"

Birləşmiş Ştatlar Özbəkistanda həyata keçirilən islahatları alqışlayır.

"TASS"ın verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Özbəkistan XİN rəhbəri Əbdüləziz Kamilovnan görüşündən sonra "Twitter"də yazıb.

C.Bolton bildirib: "Bu gün Özbəkistanın xarici işlər naziri Kamilov ilə gözəl görüş keçirdim. Biz ümumi maraqların geniş spektrini, həmçinin bizim əməkdaşlığımızın inkişafının effektiv yollarını müzakirə etdik. Biz Özbəkistanda həyata keçirilən islahatları və onların bütün Mərkəzi Asiyaya müsbət təsirini alqışlayırıq və ABŞ-Özbəkistan əməkdaşlığının dərinləşəcəyinə ümid edirik".(trend.az)

AzNews.az