"Biz heç kimə təmsil olunmaq üçün səlahiyyəti verməmişik" "Biz heç kimə təmsil olunmaq üçün səlahiyyəti verməmişik"
  • Qərb
  • 9 Avqust 2019 16:38
  •  4 975

"Makron ABŞ-ın adından danışmasın"

"Biz heç kimə təmsil olunmaq üçün səlahiyyəti verməmişik"

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun İrana “ziddiyyətli siqnallar” göndərdiyini və ABŞ-ın adından rəsmi Tehranla danışmamalı olduğunu bildirib.

Xarici agentliklərə istinadən xəbər verilir ki, Birləşmiş Ştatlaırn dövlət başçısı bu qəzəbli qeydlərini ənənəvi olaraq tvitter hesabında yazlb.

“İranın ciddi maliyyə problemləri var. Onlar ABŞ-la danışıqlar aparmağa can atırlar. Lakin rəsmi Tehrana bizim adımızdan xəbər göndərmək missiyasına iddia edən Fransa prezident tərəfindən bir-biri ilə zidd siqnallar verilir. Mən bilirəm ki, Emmanuel hamı kimi hər şeyin yaxşı olmasını arzulayır. Lakin ABŞ-ın adından yalnız ABŞ danışa bilər. Biz heç kimə təmsil olunmaq üçün səlahiyyəti verməmişik”,-deyə Donad Tramp vurğulayıb.

Bununla bərabər Ağ Ev rəhbəri Fransa prezidentinin konkret hansı addımını nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd olunur ki, bundan öncə Livanın “Al Mayadeen” kanalı iranlı mənbələrə istinadən Fransa prezidenti Emmanuel Makronun İran prezidenti Həsən Ruhani ilə telefon söhbətində ona İNSTEX mexanizmi (neft müqabilində əmtəə) çərçivəsində 15 milyard dollarlıq layihə təklif etdyini bildirib.

Kanalın informasiyasına əsasən, Fransa lideri hətta iranlı həmkarını bu ilin avqustun 24-26 aralığında Biarritsdə keçiriləcək “Böyük yeddilik” ölkələrinin fəxri qonağı qismində dəvət edibmiş.

Lakin daha sonra Emmanuel Makronun administrasiyası dəvət barədə informasiyanı təkzib etməyə məcbur qalıb. (Musavat.com)