Konqresin təklifi təsdiqləmək və ya rədd etmək üçün 45 günü olacaq Konqresin təklifi təsdiqləmək və ya rədd etmək üçün 45 günü olacaq
  • Qərb
  • 16 Avqust 2019 11:17
  •  1 969

Tramp başqalarına kömək etməkdən bezdi

Konqresin təklifi təsdiqləmək və ya rədd etmək üçün 45 günü olacaq

ABŞ prezidenti Donald Trampın administrasiyası başqa ölkələrə yardımın həcmini dörd milyard dollardan artıq azaltmaq niyyətindədir.

AzNews.az bildirir ki, bu barədə Politico məlumat verir.

Ağ evin Büdcə İdarəsi Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) xərclərini 2,3 milyard, Dövlət Departamentinin isə xərclərini iki milyard dollar azaltmaq məsələsini nəzərdən keçirir. Bunun 787 milyon dolları BMT çərçivəsində beynəlxalq sülhməramlılıq fəaliyyətinə, 522 milyon dolları isə beynəlxalq təşkilatın maliyyələşdirilməsinə, 364 milyon dolları isə onun humanitar və hüquq müdafiə proqramlarına yönəldilməli idi.

Administrasiyanın nümayəndəsi bildirib ki, müvafiq layihə artıq hazırdır, lakin rəqəmlər hələ də dəyişə bilər. Dəyişikliklərin gələn həftənin əvvəlində ABŞ Konqresinə göndərilməsi gözlənilir.

Konqresin təklifi təsdiqləmək və ya rədd etmək üçün 45 günü olacaq və vəsaitlər isə bütün bu müddət ərzində dondurulacaq. Nəticədə, pullar ABŞ-da 2019 maliyyə ilinin başa çatdığı sentyabrın 30-a kimi istifadə edilə bilməyəcək. Bu tarixdən sonra isə onların istifadəsi üçün icazənin müddəti avtomatik olaraq başa çatacaq.