“Yaxın müttəfiqimiz haqda danışmaq istəmirəm, çünki bu, digərlərində paxıllıq hissi doğura bilər" “Yaxın müttəfiqimiz haqda danışmaq istəmirəm, çünki bu, digərlərində paxıllıq hissi doğura bilər"
  • Qərb
  • 16 Avqust 2019 15:08
  •  2 961

ABŞ və Böyük Britaniya böyük ticarət sazişi imzalayacaq - Donald Tramp

“Yaxın müttəfiqimiz haqda danışmaq istəmirəm, çünki bu, digərlərində paxıllıq hissi doğura bilər"

"ABŞ və Böyük Britaniya ticarət sazişinin imzalanması üzrə irəliləyir".

“The Telegraph”a istinadən verilən xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

“Düşünürəm ki, biz Böyük Britaniya ilə fantastik və böyük ticarət sazişi imzalayacağıq. Biz sürətlə irəliləyirik”, - deyə D. Tramp bildirib.

O qeyd edib ki, avqustun 14-də Böyük Britaniyanın Baş naziri Boris Consonla danışıb: “O və mən çox sıx bağlıyıq”.

D.Tramp Böyük Britaniyanın ABŞ-ın yaxın müttəfiqi olduğunu vurğulayıb: “Yaxın müttəfiqimiz haqda danışmaq istəmirəm, çünki bu, digərlərində paxıllıq hissi doğura bilər. Lakin sözsüz ki, Böyük Britaniya bizim yaxın müttəfiqlərimizdən biridir”. (APA)