"Bu, yəqin ki, bir aprel zarafatıdır — lakin heç də mövsümə uyğun deyil" "Bu, yəqin ki, bir aprel zarafatıdır — lakin heç də mövsümə uyğun deyil"
  • Qərb
  • 16 Avqust 2019 15:24
  •  2 563

Tramp Qrenlandiyanı almaq istədi

"Bu, yəqin ki, bir aprel zarafatıdır — lakin heç də mövsümə uyğun deyil"

ABŞ prezidenti Donald Tramp Danimarkadan Qrenlandiya adasını almaq məsələsi ilə maraqlanır.

AzNews.az bildirir ki, bu barədə “Wall Street Journal “ Ağ evdəki mənbəyinə istinadən xəbər verir.

Məlumata əsasən, Tramp dəfələrlə öz məsləhətçiləri ilə Qrenlandiyanı almaq imkanını müzakirə edib və adanın resurslarına və onun geosiyasi əhəmiyyətinə maraq göstərib. Xüsusilə, onu ABŞ-ın Arktikada hərbi bazasını genişləndirmək imkanı maraqlandırır.

Bildirilir ki, prezident Ağ evin hüquqi konsultasiyasına layihənin hüquqi ekspertizasını aparmaqla bağlı sorğu ilə müraciət edib.

Bununla yanaşı, Trampın bəzi məsləhətçiləri onun ideyasını “iqtisadi cəhətdən məqsədəuyğun” hesab edir, digərləri isə prezidentin “ötəri həvəsi” olduğunu düşünürlər.

WSJ qeyd edir ki, Vaşinqton əvvəllər də Qrenlandiyanı almağa çalışıb. Prezident Truman İkinci Dünya müharibəsindən sonra Danimarkaya 100 milyon dollar təklif etməyinə baxmayaraq, ölkələr razılığa gəlməmişdilər.

Danimarkanın sabiq xarici işlər naziri Martin Lideqor məsələni şərh edərkən: "Bu, yəqin ki, bir aprel zarafatıdır — lakin heç də mövsümə uyğun deyil", - deyə bildirib.

AzNews.az