Cinayətkar heç bir müqavimət göstərmədən polisə təslim olub Cinayətkar heç bir müqavimət göstərmədən polisə təslim olub
  • Qərb
  • 19 Avqust 2019 07:27
  •  2 158

Almaniyada bıçaqlı şəxs insanlara hücum etdi - ölənlər var

Cinayətkar heç bir müqavimət göstərmədən polisə təslim olub

Almaniyada naməlum şəxs vağzalda bıçaqla insanlara hücum edib və azı iki nəfəri öldürüb.

Bu barədə “ABC News” polisə istinadla məlumat yayıb.

Bildirilir ki, onun qurbanları 32 yaşlı qadın və 23 yaşlı kişi olub. Hücum zamanı vağzalda izdihamın olduğu deyilir.

Məlumata görə, cinayətkar heç bir müqavimət göstərmədən polisə təslim olub. (APA)