Bu barədə Suriya ordusundakı mənbələr bildirib Bu barədə Suriya ordusundakı mənbələr bildirib
  • Qərb
  • 19 Avqust 2019 05:17
  •  5 684

Suriya ordusu İdlibin cənubunda bu şəhərə daxil oldu

Bu barədə Suriya ordusundakı mənbələr bildirib

Suriya ordusunun hərbçiləri "Cəbhat ən-Nüsrə" və "Ceyş əl-İzza" terrorçu qruplaşmaları ilə gedən gərgin döyüşlərdən sonra onların nəzarətində olan Xan-Şeyhun şəhərinə daxil olublar.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, bu barədə Suriya ordusundakı mənbələr bildirib.

Məlumata görə, ordu qüvvələri şəhərin şimal-qərbindəki nəzarət buraxılış məntəqəsinə nəzarəti ələ keçirib. Hazırda hərbçilər şimaldan və qərbdən terrorçu qüvvələrin döyüşçülərini mühasirəyə alıblar.