Qərardan şikayət ediləcək Qərardan şikayət ediləcək
  • Qərb
  • 20 Avqust 2019 10:10
  •  4 002

Atambayevin həbs müddəti uzadıldı

Qərardan şikayət ediləcək

Qırğızıstanın məhkəməsi ölkənin sabiq prezidenti Almazbek Atambayevin həbs müddətinin uzadılması barədə qərar qəbul edib.

Bu barədə AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir.

Bildirilir ki, o, oktyabrın 26-a kimi həbsdə saxlanılacaq.

Eks-prezidentin vəkilinin sözlərinə əsasən, qərardan şikayət ediləcək.

Qeyd edilir ki, məhkəmə prosesində sabiq dövlət başçısının nə qohumları, nə tərəfdarları, nə də mətbuat nümayəndələri iştirak edib.

2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.

AzNews.az