Raket hədəfi dəqiq vurub Raket hədəfi dəqiq vurub
  • Qərb
  • 20 Avqust 2019 11:55
  •  2 884

ABŞ OYMRS-in qadağan etdiyi raketin sınağını apardı

Raket hədəfi dəqiq vurub

ABŞ Kaliforniya ştatında San-Nikolas adasında yeni qanadlı raketlərin uçuş sınağını həyata keçirib.

Bu barədə AzNew.az “Rosbalt”a istinadən xəbər verir.

Qeyd edək ki, orta və yaxın mənzilli raketlərin likvidasiyası haqqında sazişə əsasən, qeyri-nüvə konfiqurasiyalı yer-yer tipli bu raketlərin hazırlanması qadağan olunmuşdu. Lakin ABŞ avqustun 2-də “Rusiyanın fəaliyyətinə cavab olaraq” bu proqramın qaytarıldığını elan etmişdi.

Pentaqon tərəfindən yayılan məlumatda bildirilir ki, raket yer mobil start qurğusundan çıxaraq 500 km məsafə qət edib və hədəfi dəqiq vurub.

Hərbi qurum əlavə edib ki, sınaq zamanı toplanmış məlumatlar orta mənzilli raketlərin daha da inkişaf etdirilməsi üçün "əsas olacaq".

AzNew.az