"Tərəfləri təzyiqi azaltmağa çağırırıq" "Tərəfləri təzyiqi azaltmağa çağırırıq"
  • Qərb
  • 21 Avqust 2019 12:05
  •  3 180

Kanada Suriyadakı türk hərbçilərinə edilən hücumu pislədi

"Tərəfləri təzyiqi azaltmağa çağırırıq"

ABŞ-dan sonra Kanada da Suriyadakı türk hərbçilərinə edilən hücumu pisləyib.

Bununla bağlı Kanada Xarici İşlər Nazirliyi “Twitter”də açıqlama yayıb. Açıqlamada bildirilir ki, Kanada Suriyadakı türk hərbçilərinə edilən hücumu və mülki insanlara qarşı zorakılığın artmasını pisləyir. “Hakimiyyət qüvvələri və müttəfiqləri İdlibdəki hava hücumlarını dayandırmalı və atəşkəsə qayıtmalıdır. Tərəfləri təzyiqi azaltmağa çağırırıq”.

Qeyd edək ki, avqustun 19-da İdlibdə türk hərbçiləri hökumət qüvvələri tərəfindən hava hücumuna məruz qalıblar. Nəticədə 3 mülki şəxs ölüb, 12-si yaralanıb.(AZƏRTAC)

AzNews.az