"Hələlik bu məsələ ilə bağlı başqa heç nə deyə bilmərik" "Hələlik bu məsələ ilə bağlı başqa heç nə deyə bilmərik"
  • Qərb
  • 21 Avqust 2019 12:22
  •  2 242

Trampın qərarı Danimarkanın kral ailəsini təəccübləndirdi

"Hələlik bu məsələ ilə bağlı başqa heç nə deyə bilmərik"

Danimarkanın kral ailəsi ABŞ Prezidenti Donald Trampın Kopenhagenə səfərini təxirə salmaq qərarına təəccüblənir.

RİA "Novosti" xəbər verir ki, bu barədə kral evinin nümayəndəsi Line Ballebyu bildirib.

"Bu, gözlənilməz oldu. Hələlik bu məsələ ilə bağlı başqa heç nə deyə bilmərik", - L.Ballebyu deyib.

Xatırladaq ki, Danimarka kraliçası II Marqretenin dəvəti ilə reallaşmalı olan səfər sentyabrın 2-3-nə nəzərdə tutulmuşdu.

Bundan əvvəl ABŞ prezidenti "Twitter"də Danimarkanın Baş naziri Mette Frederiksenin Birləşmiş Ştatların Qrenlandiyanı almaq ideyasını müzakirə etmək istəməməsinə görə Danimarkaya səfərini təxirə saldığını yazıb.

Daha öncə isə D.Tramp Qrenlandiyanı almaq istədiyini rəsmi şəkildə bəyan edib. Qeyd olunur ki, ABŞ Qrenlandiyanı 10 trilyon dollar məbləğində qiymətləndirib.(report.az)

AzNews.az