“Biz buna ciddi yanaşırıq” “Biz buna ciddi yanaşırıq”
  • Qərb
  • 22 Avqust 2019 08:47
  •  2 446

ABŞ-da doğulan hər uşağa vətəndaşlıq verilməsi gülüncdü - Tramp

“Biz buna ciddi yanaşırıq”

Prezident Donald Tramp ABŞ-da anadan olan istənilən şəxsə vətəndaşlıq verilməsi məsələsini özündə əks etdirən Konstitusiyanın 14-cü düzəlişinin ləğvi edilməsi ehtimalı barədə fikirlər səsləndirib.

“RİA Novosti”yə istinadla xəbər verilir ki, Tramp ABŞ-da doğulan hər uşağa vətəndaşlıq verilməsini gülünc adlandırıb.

O, “Biz buna ciddi yanaşırıq”-deyə əlavə edib ki, bu məsələyə son qoyulmalıdır.

Qeyd edək ki, Tramp keçən il Axiosada müsahibə verərkən demişdi ki, sözügedən düzəlişin ləğvi üçün sadəcə, bir prezident sərəncamı lazımdır. (APA)