Qatil 17 yaşlı gəncdir Qatil 17 yaşlı gəncdir
  • Qərb
  • 22 Avqust 2019 09:00
  •  1 183

Vyanada jurnalist öldürüldü

Qatil 17 yaşlı gəncdir

Avstriyalı idman jurnalisti və fotoqraf Friç Duras Vyanada qətlə yetirilib.

TASS xəbər verir ki, bu barədə Beynəlxalq İdman Mətbuat Assosiasiyası məlumat yayıb.

Qeyd olunub ki, hadisə 19 avqust, gecə saatlarında Vyanın Zimmerinq rayonunda qeydə alınıb. Qatil 17 yaşlı gəncdir. Onun hansı məqsədlə 57 yaşlı jurnalistə hücum etməsi məlum deyil.

Bundan başqa mərhum jurnalist Vyanadakı “Austrii” fan-klubunun rəhbəri idi. O, futbol üzrə ixtisaslaşmış Robert Zolles agentliyində də fotoqraf kimi çalışırmış.(report.az)

AzNews.az