Sələfləri Çinə ticarət və əqli mülkiyyət sahəsində üstünlüyə malik olmağa imkan verib Sələfləri Çinə ticarət və əqli mülkiyyət sahəsində üstünlüyə malik olmağa imkan verib
  • Qərb
  • 22 Avqust 2019 12:12
  •  2 824

Tramp özünü “seçilmiş” elan etdi

Sələfləri Çinə ticarət və əqli mülkiyyət sahəsində üstünlüyə malik olmağa imkan verib

ABŞ prezidenti Donald Tramp Çin ilə ticarət müharibəsinin zəruriliyi barədə danışarkən özünü “seçilmiş” adlandırıb.

Bu barədə AzNews.az "The Times of Israel"ə istinadla xəbər verir .

Dövlət başçısının sözlərinə görə, sələfləri Çinə ticarət və əqli mülkiyyət sahəsində üstünlüyə malik olmağa imkan verib.

"Kimsə bunu etməli idi",- deyə prezident jurnalistlərə bildirib və sonra göyə baxaraq əlavə edib: "Mən seçilmişəm".

Xatırladaq ki, ABŞ və Çin il yarımdan çoxdur ki, ticarət müharibəsi aparır. İyunun sonunda hər iki ölkənin liderləri - Tramp və Si Sinpin G20 zirvəsində barışıq haqqında razılığa gəlib. Lakin iyulun sonunda iki ölkənin münasibətləri yenidən gərginləşməyə başlayıb və onlar bir-birini təhdid etməyə keçiblər.

AzNews.az