Administrasiya müzakirəyə başlayıb Administrasiya müzakirəyə başlayıb
  • Qərb
  • 12 Sentyabr 2019 12:25
  •  2 254

Boltonun yerinə əsas namizədin adı açıqlandı

Administrasiya müzakirəyə başlayıb

ABŞ prezidenti Donald Tramp istefaya göndərilən Con Boltonun yerinə hazırkı dövlət katibi Mayk Pompeonu özünün milli təhlükəsizlik üzrə müşaviri təyin edə bilər.

AzNews.az bildirir ki, CNN telekanalının məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, bu halda Pompeo hər iki vəzifəni eyni vaxtda tutacaq.

Mənbələrin sözlərinə görə, hazırda Tramp bu imkanı öz administrasiyası ilə müzakirə edir, lakin bu qərarın qəbul olunub-olunmayacağı hələlik məlum deyil.

Telekanal qeyd edir ki, bir şəxsin eyni zamanda iki vəzifəni tutması son dəfə yarım əsr əvvəl olmuşdu. Belə ki, təxminən iki il ərzində Henri Kissincer həm dövlət katibi, həm də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edib.

AzNews.az