“Tacana” kod adı altında aparılan əməliyyata əsasən kamera quraşdırılmış quşlar Sovet obyektlərinə atılmalıydı “Tacana” kod adı altında aparılan əməliyyata əsasən kamera quraşdırılmış quşlar Sovet obyektlərinə atılmalıydı
  • Qərb
  • 15 Sentyabr 2019 05:43
  •  2 435

ABŞ-ın SSRİ-yə qarşı göyərçin "agentlər"inin üstü açıldı - Sənədlər ələ keçdi

“Tacana” kod adı altında aparılan əməliyyata əsasən kamera quraşdırılmış quşlar Sovet obyektlərinə atılmalıydı

SSRİ-ABŞ qarşıdurmasının qızğın çağında Vaşinqton heyvanlar tərəfindən dəstək almağa, onları casus missiyalarının keçirilməsi üçün uyğunlaşdırmağa çalışırdı.

TASS-ın məlumatına görə, bu yaxınlarda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ötən əsrin 60-cı və 70-ci illərində heyvan casusları proqramının inkişafından bəhs edən sənədləri açıb.

MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) əməkdaşları adi göyərçinlərin xüsusi xidmət orqanlarına böyük kömək göstərəcəyinə inanırdılar. “Tacana” kod adı altında aparılan əməliyyata əsasən kamera quraşdırılmış quşlar Sovet obyektlərinə atılmalıydı.

Xüsusi hazırlıq aparılması haqqında heç bir söz getmirdi, belə ki, göyərçinlərin obyektlərin havadan yüzlərlə şəklini çəkərək evə gedən yolu tapacaqları hesab olunurdu.

"Eksperimentlərin məqsədi ərazisinə keçmək qadağa olunsa da, üzərindən uçmaq imkanı olan obyektlərin çəkilişini aparmaq idi", - deyə sənədlərdə bildirilir.

Əsas maraq nöqtələrindən biri Leninqradda yerləşən sovet nüvə energetik qurğulu gəmilərin yaradılması işləri aparılan tərsanə idi.

Hesab edilirdi ki, quşları birbaşa avtomobilin pəncərələrindən atmaq və ya palto altında gizlətmək mümkün idi.

Sənədlərdə həmçinin deyilir ki, Vaşinqton ətrafında sınaqlar uğurla keçib, lakin proqramın gələcək tarixi “zaman dumanı” ilə örtülüdür. Şərhdə isə bildirilir ki, heyvan-casus proqramlarından heç biri həyata keçirilməyib. (oxu.az)

AzNews.az

image description image description