Hadisə nəticəsində bir nəfər yaralanıb Hadisə nəticəsində bir nəfər yaralanıb
  • Qərb
  • 18 Sentyabr 2019 08:35
  •  1 501

ABŞ-da avtomobil "Trump Plaza"nın foyesinə girdi

Hadisə nəticəsində bir nəfər yaralanıb

ABŞ-ın Nyu-York ştatının Nyu-Roşell şəhərində minik avtomobili 40 mərtəbəli "Trump Plaza" otelinin foyesinə girib.

"CBS News"a istinadən xəbər verilir ki, hadisə nəticəsində bir nəfər yaralanıb.

Məlumata görə, avtomobildə yalnız sürücü olub, vəziyyəti barədə məlumat yoxdur.

Eyni zamanda otelin foyesində olan bir nəfər həyatı üçün təhlükə yaratmayan xəsarətlər alıb.

Yerli polis bunu təsadüfi hadisə hesab edir. İstintaq gedir. (Report)