“ABŞ Talibanın Əfqan xalqını hədəfə alan qorxaq hücumlarını güclü formada qınayır" “ABŞ Talibanın Əfqan xalqını hədəfə alan qorxaq hücumlarını güclü formada qınayır"
  • Qərb
  • 18 Sentyabr 2019 10:19
  •  4 732

Talibanla sülh danışıqları olmayacaq - Tramp

“ABŞ Talibanın Əfqan xalqını hədəfə alan qorxaq hücumlarını güclü formada qınayır"

ABŞ prezidenti Donald Tramp Əfqanıstanda baş verən partlayışlarla bağlı Talibanla danışıqlara getməyəcəyini bildirib.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“ABŞ Talibanın Əfqan xalqını hədəfə alan qorxaq hücumlarını güclü formada qınayır. Prezident Donald Tramp Talibanın bu cür hücumlara davam etdiyi müddətcə onlarla hər hansı sülh danışığına getməyəcəyini açıqca ifadə edib”, - deyə açıqlamada bildirilir.

ABŞ-ın Dövlət Katibliyi də hücumlarla bağlı bəyanat verib:

“Taliban bu hücumları ilə Əfqan xalqını və qurumlarını açıq formada vecinə almadığını göstərir. Taliban Əfqan xalqına və ölkələrinin gələcəyinə bu qədər ciddi zərər vuran şiddətə davam etmək yerinə sülhə aid addımlar atmağa başlamalıdır”.

Xatırladaq ki, prezident Əşrəf Qaninin iştirak etdiyi seçkiqabağı mitinqdə baş verən partlayış zamanı 26 nəfər ölüb, 42 nəfər isə yaralanıb.

Birinci hadisənin ardınca paytaxt Kabildə ABŞ səfirliyi yaxınlığında baş verən ikinci partlayışda isə 22 nəfər həlak olub, 38 nəfər isə yaralanıb.

Hər iki partlayışın məsuliyyətini Taliban öz üzərinə götürüb.

Pərvanə

AzNews.az