Mərkəzi Bank məlumat yaydı Mərkəzi Bank məlumat yaydı
  • Qərb
  • 19 Sentyabr 2019 16:22
  •  1 551

Ukrayna qəpiklərdən imtina edir

Mərkəzi Bank məlumat yaydı

Ukraynada oktyabrın 1-dən dövriyyədən xırda qəpiklər çıxarılacaq.

AzNews.az bildirir ki, bu barədə ölkənin Milli Bankı məlumat verir.

Qurumun yaydığı xəbərə əsasən, bir, iki və beş nominallı qəpiklər gələn ayın əvvəlindən ödəniş vasitəsi olmayacaq. Bundan savayı, dövriyyədən tədricən 25 nominallı qəpiklər də çıxarılacaq.

“Banka daxil olan 25 nominallı qəpiklər geri dövriyyəyə qaytarılmayacaq və get-gedə onların sayı azalacaq”, - deyə qurum bildirib.

Qeyd edilir ki, ukraynalılar üç il ərzində 10 qəpiklərdən istifadə edə biləcəklər.

AzNews.az