- Qərb
- 20 Sentyabr 2019 19:33
- 1 597
ABŞ İran Milli Bankına sanksiya tətbiq etdi
Bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp məlumat verib
ABŞ hökuməti İran Milli Bankına qarşı sanksiya tətbiq edib.
RİA “Novosti” xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp məlumat verib.
O, bu sanksiyanın İrana indiyədək tətbiq olunan ən sərt məhdudlaşdırıcı tədbir olduğunu diqqətə çatdırıb.
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Milli Bankın İran hökuməti üçün son vəsait mənbəyi olduğunu qeyd edib.
Qeyd edək ki, İranın ən iri maliyyə təsisatı olan, ölkədə 3 min şöbəyə malik Milli Bankın aktivləri 2016-cı ildə 80 milyard dollar məbləğində dəyərləndirilirdi.(report.az)
AzNews.az