ABŞ Ukraynaya müdafiə üçün 141,5 milyon dollar ayıracaq ABŞ Ukraynaya müdafiə üçün 141,5 milyon dollar ayıracaq
  • Qərb
  • 22 Sentyabr 2019 08:16
  •  2 626

Ukrayna sərhədlərini amerikasaayağı qoruyacaq

ABŞ Ukraynaya müdafiə üçün 141,5 milyon dollar ayıracaq

Ukrayna dövlət sərhədinin bir hissəsində "Amerika mühafizə modeli" tətbiq etməyi planlaşdırır.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Sergey Deyneko bildirib. Post onun “facebook” səhifəsində nəşr olunub.

Deyneko “Amerika modeli”nin detallarını açıqlamayıb, lakin ABŞ sərhəd-gömrük xidmətinin nümayəndələrinin Kiyevə kömək edəcəyini vurğulayıb. O, həmçinin Ukrayna Sərhəd İdarəsinin inkişafına verdiyi dəstəyə görə amerikalı həmkarlarına təşəkkürünü bildirib.

Xatırladaq ki, ABŞ dünən Ukraynaya müdafiə üçün daha 141,5 milyon dollar ayıracağını bildirib. (oxu.az)

AzNews.az