"Ümumiyyətlə ABŞ-ın axmaq ölkə olmağını xoşlamıram" "Ümumiyyətlə ABŞ-ın axmaq ölkə olmağını xoşlamıram"
  • Qərb
  • 3 Oktyabr 2019 10:42
  •  4 234

Tramp Zelenskiyə görə jurnalistə əsəbiləşdi - VİDEO

"Ümumiyyətlə ABŞ-ın axmaq ölkə olmağını xoşlamıram"

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri ilə arasında olan telefon danışığına görə impiçment tətbiq edilməsini qətiyyətlə pisləyib.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, Finlandiya prezidenti ilə birgə mətbuat konfransı zamanı o, hiylə və fırıldaq adlandırdığı araşdırma ilə bağlı sual verən jurnalistlərə əsəbiləşib.

Buna baxmayaraq istintaqa kömək edəcəyini bildirib:

"Mən həmişə əməkdaşlıq edirəm".

"Reuters"in müxbiri Ceff Meyson Trampdan Ukrayna prezidenti Vladimir Zelenskidən Demokrat partiyasından prezidentliyə namizəd olan Co Baydenin oğlu Hanter Baydenlə bağlı nə istədiyini soruşub.

Trampın isə həmin suala cavabı zamanı qəzəbdən səsi yüksəlib:

"Bütün bunlar yalan və fırıldaqdır. Bunda isə kimin rolu olduğunu bilirsinizmi? Sizin kimi insanlar və ölkəmizdə olan "fake news" (saxta xəbər) mediasının", - deyə Tramp cavab verib.

O, həmçinin müxbirdən "kobud" olmamağını xahiş edib və dəfələrlə suala cavab verməkdən yayınıb.

Tramp, hədəfinin Ukraynadakı korrupsiya halları olduğunu və ABŞ-ın bu ölkəyə çox pul verdiyini vurğulayıb.

"Bu korrupsiyalı ölkəyə pul vermək istəmirəm. Ümumiyyətlə, ABŞ-ın axmaq ölkə olmağını xoşlamıram.”

Pərvanə

AzNews.az