Öz həmkarlarına hücum edən prefekturanın əməkdaşı yerindəcə güllələnib Öz həmkarlarına hücum edən prefekturanın əməkdaşı yerindəcə güllələnib
  • Qərb
  • 3 Oktyabr 2019 17:58
  •  2 366

Fransa Prezidenti polislərin öldürüldüyü prefektura binasında oldu

Öz həmkarlarına hücum edən prefekturanın əməkdaşı yerindəcə güllələnib

Parisdə prefektura binasına silahlı hücum nəticəsində beş nəfər, o cümlədən dörd polis əməkdaşı qətlə yetirilib.

Reuters agentliyinə istinadla xəbər verilir ki, BFMTV telekanalı Fransa Prezidenti Emmanuel Makronun unsudent yerinə getdiyini xəbər verib.

Telekanalın məlumatına görə, dövlət başçıaı ilə birlikdə Fransanın Baş Naziri Eduar Filip və unsidentlə bağlı Türkiyəyə səfərini təxirə salan Daxili İşlər naziri Kristof Kastaner də hadisə yerində olublar. Qeyd olunur ki, insidentin baş verdiyi əraziyə əlavə polis əməkdaşları cəlb olunub. Yaxınlıqdakı Sen-Mişel körpüsü də bağlanılıb. Prefekturanın yerləşdiyi Site adasında əlavə təhlükəsizlik tədbirləri görülüb. Polislə yanaşı, ərazidə “Vijipirat” əks-terror dəstələri yerləşdirilib.

Son məlumatlara görə, öz həmkarlarına hücum edən prefekturanın əməkdaşı yerindəcə güllələnib. Bİnadakı bütün personal təxliyə edilib.