"Şübhəsiz ki, biz bu haqda düşünməyə başlaya bilərik" "Şübhəsiz ki, biz bu haqda düşünməyə başlaya bilərik"
  • Qərb
  • 3 Oktyabr 2019 23:50
  •  2 170

Tramp rəqibi ilə mübarizədə Çindən kömək istəyəcək?

"Şübhəsiz ki, biz bu haqda düşünməyə başlaya bilərik"

ABŞ Prezidenti Donald Tramp tək Ukraynaya deyil, həm də Çinə keçmiş amerikalı vitse-prezident Co Baydenə və onun ailə üzvlərinə qarşı istintaq aparmağı təklif edir.

“Reuters”in məlumatına görə, bu barədə ölkə başçısı jurnalistlərə açıqlamasında deyib.

Trampın sözlərinə görə, Pekin situasiyanı öyrənməyə başlamalıdır. Eyni zamanda, amerikalı lider bildirib ki, bu xahişlə hələ ÇXR sədri Si Cinpinə müraciət etməyib. “Amma, şübhəsiz ki, biz bu haqda düşünməyə başlaya bilərik”, - Tramp əlavə edib.

“Reuters” qeyd edir ki, Trampın bu bəyanatı ABŞ və Çin arasında davam edən ticarət müharibəsi fonunda qeyri-adi görünür.

Qeyd edək ki, sentyabrın 25-də Nümayəndələr Palatasında Trampın impiçment proseduruna başlanılıb. Buna bəhanə onun Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı olub. Demokrat partiyasının üzvləri süubut etmək istəyir ki, ABŞ başçısı ukraynalı həmkərına Con Baydenin oğlunun korrupsiya işinin araşdırılmasında təşviq göstərməsi üçün təzyiq edib. 2020-ci ildə keçiriləcək prezident seçkilərində Co Bayden Donald Trampın əsas rəqiblərindən biri hesab edilir.(qafqazinfo.az)

AzNews.az