Tramp ona qarşı irəli sürülən ittihamı inkar edir Tramp ona qarşı irəli sürülən ittihamı inkar edir
  • Qərb
  • 4 Oktyabr 2019 08:11
  •  1 740

KİV: Tramp impiçment üzrə sorğulara məhəl qoymaq istəmir

Tramp ona qarşı irəli sürülən ittihamı inkar edir

ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri Konqresin Nümayəndələr Palatasının bütün tərkibi səs verməyincə impiçment proseduru çərçivəsində göndərilən sorğulara məhəl qoymamaq niyyətindədir.

Bu barədə "Axios" nəşri bildirib.

Qeyd edilir ki, daha əvvəl Konqresdə demokratlar Trampın impiçmentinin proseduru çərçivəsində araşdırmaya başlayıblar. Amerika prezidentindən şəxsi siyasi məqsədlər üçün Ukrayna rəhbərliyi vasitəsilə Co Baydenin oğlu Hanter Baydenlə bağlı araşdırmanın aparılmasında şübhələnirlər. Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində demokratların iddialılarından biridir.

Tramp ona qarşı irəli sürülən ittihamı inkar edir. (Report)

AzNews.az