Bəzilərinin taleyi məlum deyil Bəzilərinin taleyi məlum deyil
  • Qərb
  • 4 Oktyabr 2019 11:22
  •  3 255

Təyyarənin göydə yanacağının bitməsi insan tələfatı ilə nəticələndi

Bəzilərinin taleyi məlum deyil

Lvov yaxınlığındakı An-12 yük təyyarəsinin bu gün səhər saatlarında qəzaya uğraması nəticəsində üç nəfər həlak olub, daha iki nəfərin taleyi məlum deyil.

AzNews.az-ın məlumatına əsasən, bu barədə cümə günü Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Ukraynanın infrastruktur naziri Vladislav Krikli bir müddət öncə bildirib ki, ilkin məlumatlara görə, təyyarə yanacaq bitdiyi üçün qəza enişi etməli olub.

"Saat 9.00 (Bakı vaxtı ilə 10:00 – red.) üçün müəyyən edilib ki, göyərtədə səkkiz nəfər olub. Onlardan yeddisi heyət üzvü idi və bir nəfər isə yükü müşayiət edirdi. Təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub, daha üç nəfər xəsarət alıb, iki nəfərin taleyi isə məlum deyil. Qəza-xilasetmə işləri davam etdirilir", - deyə məlumatda bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, xilasedicilər An-12 təyyarəsinin yeddi ekipaj üzvündən birini təxliyə edib, təcili tibbi yardım işçilərinə təhvil veriblər.

AzNews.az