“Andreyev bayrağı” gəminin hansı ölkəyə məxsus olmağından xəbər verib “Andreyev bayrağı” gəminin hansı ölkəyə məxsus olmağından xəbər verib
  • Qərb
  • 14 Oktyabr 2019 12:32
  •  2 573

Konqressmen ABŞ HDQ-ni Rusiya gəmisinin şəklini paylaşmaqla təbrik etdi - FOTO

“Andreyev bayrağı” gəminin hansı ölkəyə məxsus olmağından xəbər verib

Amerikalı konqressmen, Əfqanıstan müharibəsi veteranı Brayan Mast ABŞ HDQ-ni ildönümü münasibəti ilə Rusiyanın “Böyük Pyotr” atom raket kreyserinin şəklini paylaşmaqla təbrik edib.

AzNews.az bildirir ki, müvafiq postu o özünün “twitter” səhifəsində yerləşdirib.

Gəminin bort nömrəsi gizlədilsə də, üzərindəki “Andreyev bayrağı” gəminin hansı ölkəyə məxsus olmağından xəbər verib.

Səhvi “Politico” nəşrinin jurnalisti Deyv Braun görüb.

Bundan sonra konqressmen posta düzəliş edərək, şəkli ABŞ HDQ-nin rəsmi promoroliki ilə əvəz edib.

AzNews.az