Sənəd ona oktyabrın 9-da imzalanmağa göndərilmişdi Sənəd ona oktyabrın 9-da imzalanmağa göndərilmişdi
  • Qərb
  • 16 Oktyabr 2019 04:05
  •  1 710

Zelenski UMAB və DTB-yə icazəsiz dinləmələr aparmağa razılıq verdi

Sənəd ona oktyabrın 9-da imzalanmağa göndərilmişdi

Prezident Vladimir Zelenski Ukraynanın Milli antikorrupsiya bürosuna (UMAB) və Dövlət tədqiqat bürosuna (DTB) Təhlükəsizlik xidməti ilə razılaşdırmadan gizli dinləmələr aparmağa icazə verən qanunu imzalayıb.

Ali radanın saytında yerləşdirilən məlumata əsasən, sənəd Zelenskiyə oktyabrın 9-da imzalanmağa göndərilmişdi.

UNİAN bildirir ki, Ali rada qanun layihəsini oktyabrın 4-də təsdiqləyib. Sənədi 330 xalq deputatı dəstəkləyib.

AzNews.az