Britaniya hökuməti razılıq verərsə, müqavilənin mətni bu gün dərc edilə bilər Britaniya hökuməti razılıq verərsə, müqavilənin mətni bu gün dərc edilə bilər
  • Qərb
  • 16 Oktyabr 2019 09:09
  •  3 788

Brexitlə bağlı daha bir razılaşma - danışıqların təfərrüatı açıqlanmır

Britaniya hökuməti razılıq verərsə, müqavilənin mətni bu gün dərc edilə bilər

Böyük Britaniya Brexit müqaviləsinin astanasındadır.

Baş Nazir Boris Conson Brexit üzrə razılaşma əldə etmək üzrədir. O, İrlandiya sərhədi üzərində Avropa İttifaqının tələblərinə güzəştə getdikdən sonra son razılaşma əldə olunub.

Çərşənbə axşamı gecə saatlarınadək aparılan danışıqların təfərrüatları barədə məlumat verilmir, lakin son eskiz hesabatları Böyük Britaniyanın İrlandiya dənizindən aşağı gömrük sərhədinə prinsipcə razılıq verdiyini ortaya qoyur.

Britaniya hökuməti razılıq verərsə, müqavilənin mətni bu gün dərc edilə bilər.

Xatırladaq ki, oktyabrın 31-də Böyük Britaniya Avropa İttifaqını tərk etməlidir. 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun zamanı Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa İttifaqından çıxmasına səs vermişdi.