O, İspaniyaya göndərilməsinə etiraz edib O, İspaniyaya göndərilməsinə etiraz edib
  • Qərb
  • 18 Oktyabr 2019 14:27
  •  2 545

Puçdemon Belçikada polisə təslim oldu

O, İspaniyaya göndərilməsinə etiraz edib

İspaniyanın Kataloniya Muxtar Vilayəti hökumətinin sabiq başçısı Karles Puçdemon Belçikada polisə təslim olub.

“Associated Press”ə istinadən verilən xəbərə görə, bu barədə K. Puçdemonun ofisi məlumat yayıb.

Bildirilib ki, K. Puçdemon vəkillərinin müşayiəti ilə Belçika hüquq-mühafizə orqanlarına könüllü şəkildə təslim olub. O, həbsi barədə verilmiş orderə və İspaniyaya göndərilməsinə etiraz edib.

Qeyd edək ki, İspaniya Ali Məhkəməsi K. Puçdemonun qiyama təşviq və mənimsəmə maddələri ilə həbsi üçün order verib.

2017-ci ildə Kataloniya parlamenti müstəqillik haqqında qətnamə qəbul edib. İspaniya hökuməti isə vilayət parlamentinin buraxıldığını elan edib. Vilayət hökumətinin başçısı K. Puçdemon vəzifədən kənarlaşdırılıb. Bundan sonra K. Puçdemon İspaniyadan Belçikaya qaçıb. (APA)

AzNews.az