Rusiya Türkiyənin S-400-ləri aktivləşdirməyəcəyinə ümid edir Rusiya Türkiyənin S-400-ləri aktivləşdirməyəcəyinə ümid edir
  • Qərb
  • 24 Oktyabr 2019 09:45
  •  2 780

Ağ Evdən Rusiya ilə bağlı XƏBƏRDARLIQ: "Türkiyə ehtiyatlı olmalıdır"

Rusiya Türkiyənin S-400-ləri aktivləşdirməyəcəyinə ümid edir

ABŞ prezidenti Donald Tramp sanksiyaların dayandırıldığını bildirəndən sonra yüksək səlahiyyətli hökumət rəsmisi Türkiyə barədə açıqlamalar verib.

AzNews.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran rəsmi Türkiyənin Rusiyadan aldığı S-400 raket əleyhinə müdafiə sistemlərini aktivləşdirməyəcəyinə ümid edir.

Onun Soçi razılaşması barədə sözlərinə görə, Türkiyə Rusiya ilə əldə etdiyi razılaşmalar kontekstində ehtiyatlı olmalıdır.

ABŞ-lı səlahiyyətli Türkiyənin etnik təmizləmə apardığı barədə iddiaların yalan olduğunu vurğulayıb. O, Suriyanın şimal-şərqində bununla bağlı hər hansı sübut olmadığını vurğulayıb. Ağ Ev rəsmisi Türkiyənin gələcəkdə də belə bir şey etməyəcəyi ilə bağlı onlara təminat verdiyini qeyd edib.

Xatırladaq ki, Rusiyanın müdafiə sənayesi şirkəti "Rosoboronexport"un prezidenti Aleksandr Mixeyev dünən Türkiyəyə S-400-ün raketləri də daxil olmaqla bütün hissələrinin tədarük edildiyini açıqlamışdı.

O, Rusiya ilə Türkiyənin yeni S-400-lərin alışı mövzusunu müzakirə etdiyini bildirmişdi.

D. Tramp Türkiyəyə "Barış Pınarı" hərəkatına görə tətbiq edilən sanksiyaların dayandırıldığı barədə təlimat vermişdi. Bunun ardınca Türkiyənin Müdafiə və Energetika Nazirliklərinə qarşı sanksiyalar rəsmən sonlandırılmışdı.

Pərvanə

AzNews.az