Hələlik hadisənin təfərrüatı ilə bağlı məlumat verilməyib Hələlik hadisənin təfərrüatı ilə bağlı məlumat verilməyib
  • Qərb
  • 13 Noyabr 2019 18:58
  •  2 774

Avtobusla yük maşını toqquşdu - 13 nəfər öldü

Hələlik hadisənin təfərrüatı ilə bağlı məlumat verilməyib

Slovakiyanın Nitra şəhəri yaxınlığında, paytaxt Bratislava şəhərinin 90 kilometr şərqində avtobusla ağır yük maşınının toqquşması nəticəsində azı 13 nəfər ölüb.

“Reuters” xəbər verir ki, xilasetmə xidmətinin ilkin məlumatına görə, hadisə nəticəsində 20-dək xəsarət alan var və bu rəqəmin artacağı ehtimal edilir.

Polisin bildirdiyinə görə, bir neçə nəfər avtobusun içində çıxılmaz vəziyyətdə qalıb.

Hələlik hadisənin təfərrüatı ilə bağlı məlumat verilməyib.(report.az)

AzNews.az