Minsk bu təyyarələr üçün həddən artıq böyük pullar ödəmək məcburiyyətindədir Minsk bu təyyarələr üçün həddən artıq böyük pullar ödəmək məcburiyyətindədir
  • Qərb
  • 14 Noyabr 2019 15:47
  •  2 642

Lukaşenko: Rusiyanı qoruyuruq, əvəzində pul da ödəyirik...

Minsk bu təyyarələr üçün həddən artıq böyük pullar ödəmək məcburiyyətindədir

Belarus qərb sərhədlərində Rusiyanın müdafiə funksiyasını gerçəkləşdirir.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. O, Moskvanın Belarusa Su-30CM qırıcılarını tədarük etməkdə yardım etmək istəmədiyini bildirib:

“Biz Rusiya Federasiyası istiqamətində müdafiə funksiyasını icra edirik. O zaman bizə niyə kömək edilməməlidir? Niyə bizə müasir silah tədarük olunmamalıdır? Belarus hərbçiləri bu silahla rusiyalılardan heç də pis davranmadıqlarına rəğmən Minsk bu təyyarələr üçün həddən artıq böyük pullar ödəmək məcburiyyətindədir”.

Qeyd edək ki, Belarus bundan öncə Rusiyadan Su-30CM təyyarələri alıb. Minsk bu addımı öz döyüş aviasiyasını inkişaf etdirmək və Rusiya bazasının ölkədə açılmasına imkan verməmək üçün atıb.